“Kəpəz”ə qalib gələn “Qarabağ” 11-ci dəfə çempionluğu bayram edib
Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün qalibi bəlli olub. Azərbaycan çempionunun adına 28-ci turda aydınlıq gəlib. “Qarabağ” mövsümün sonuna 8 tur qalmış qızıl medalları təmin edib. Buna “Kəpəz”lə səfər oyununda qazanılan qələbə səbəb olub - 6:1. Ağdam klubu ardıcıl 3-cü, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub. “Qarabağ” həm də son 11 ildə 10-cu qızıl medala yiyələnib.
Fərid Mehdiyev