“Kəpəz” klubu legioneri ilə müqaviləni uzadıb
“Kəpəz” komandası futbolçusu Yeqor Xvalko ilə müqavilənin müddətini uzadıb. Gəncə təmsilçisi belaruslu müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalayıb. Təcrübəli arxa xətt oyunçusu 2022-ci ildən "Kəpəz"in şərəfini qoruyur. Xvalko komandanın kapitanlarından biridir.
Vüsalə Cənnətova