“Kəpəz” 1000-ci qolunu vurub
“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolunu vurub. Bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. “Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. “Kəpəz” Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.
Zülfiyyə Telmanqızı