“Gəncə” klubu yeni məşqçi ilə anlaşıb
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu yeni məşqçi ilə anlaşıb. Klubdan verilən məlumata görə, bolqarıstanlı mütəxəssis Preslav Yordanov baş məşqçi Sergey Çasnavitskinin məşqçilər korpusunda yer alacaq. Köməkçi məşqçi ilə bir mövsümlük müqavilə imzalanıb.
Fərid Mehdiyev