“Fənərbağça” “Konyaspor”la matçda xal itkisi ilə üzləşib
Türkiyənin “Fənərbağça” klubu Superliqanın XXXV turunda qarşılaşdığı “Konyaspor”la matçda xal itkisi ilə üzləşib. İsmayıl Kartalın yetirmələri səfərdə heç-heçəyə razılaşıb - 0:0. Bu nəticənin ardından turnir cədvəlində ikinci sırada qərarlaşan “sarı-lacivərdlilər”in əzəli rəqibi “Qalatasaray”la xal fərqi 6-ya yüksəlib.
Azad Mustafayev