“Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialar sülh prosesi çərçivəsində əsas maneədir”
Sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilməsinə baxmayaraq, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialar sülh prosesi çərçivəsində əsas maneədir. Bunu xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda bu ölkənin xarici işlər naziri İliya Darçiaşvili ilə görüşündə deyib. Birgə birifinqdə İliya Darçiaşvili Gürcüstan ilə Azərbaycanın bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.
Vüsalə Cənnətova