“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa bilər". - Paşinyan
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. "Rusiya və təşkilatın digər üzvləri müttəfiqlik öhdəliklərini yerinə yetirməsələr, biz 2023-cü ilin fevral ayının sonuna kimi KTMT-dən çıxmaq prosesinə başlayacağıq", - Paşinyan əlavə edib. "KTMT-də qorxu var ki, təşkilat Ermənistanı itirə bilər. Eynilə bizdə də bu qorxu var ki, Ermənistan təşkiatı itirəcək. Bu, söz oyunu deyil”-sitatın sonu.