“Beşiktaş”ın keçmiş hücumçusunun əlcəkləri auksionda satılıb
Türkiyənin “Beşiktaş” klubunun keçmiş hücumçusu Daniel Pankunun 2005-ci ildə “Fənərbağça” ilə oyunda geyindiyi əlcəklər auksionda satılıb. 18 il əvvəlki görüşdə qapıçı Oskar Kordoba qırmızı vərəqə aldığından, çərçivəyə keçən forvardın həmin oyunda geyindiyi qapıçı əlcəklərini “Beşiktaş” rəsmisi Emre Kocadağ 500 min lirəyə alıb. Əldə olunan məbləğ zəlzələ bölgəsinə göndəriləcək.
Vəfa Şairova