“Bakı marafonu 2024” keçirilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib. Yarışa 18 mindən çox iştirakçı qatılıb. Qadınlardan ukraynalı Nataliya Semenoviç birinci, Azərbaycan təmsilçisi Anna Yusupova ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü olub. Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutub.
Vüsalə Cənnətova