“Azərsu” ASC tenderə yekun vurub
“Azərsu” ASC Tovuz, Ağstafa və Qazax rayonlarının bir sıra sərhədyanı kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması üzrə tenderə yekun vurub. Qalib şirkətlə müqavilənin dəyəri 23 milyon 740 min 789 manat təşkil edib. Gələn ilin sonuna kimi kəndlərin içməli su təminatı ilə bağlı işləri yekunlaşdırmalıdır.