“Azərbaycanın suveren ərazisi müzakirə olunmur" - Əli Əsədov Paşinyanın müavininə cavab verdi
Baş nazir Əli Əsədov Astanada Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Azərbaycan barədə qərəzli çıxışına cavab verib. “Azərbaycanın suveren ərazisi müzakirə olunmur. Prezidentimiz İlham Əliyevin dediyi kimi, “Qarabağ Azərbaycandır! Azərbaycanın ərazisində Dağlıq Qarabağ deyilən bir şey yoxdur”, - deyə Baş nazir vurğulayıb. Qeyd edək ki, Mher Qriqoryan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozması barədə iddialar səsləndirib.