“Azərbaycan Türkiyənin yanındadır”. Prezident İlham Əliyev türkiyəli həmkarına zəng edib
Bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin dərdinə şərik çıxır. Azərbaycan Türkiyənin hər zaman yanındadır. Zəlzələ ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edən Prezident İlham Əliyev qardaş ölkəyə 420 nəfərdən ibarət xilasedici heyətin göndərildiyini vurğulayıb. Türkiyə Prezidenti qardaş dəstəyinə görə dövlət başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
Vüsalə Cənnətova