“Akıncı” PUA-ları hava kəşfiyyatı aparıb
Azərbaycan Hərbi Hava Qüvvələrinin “Akıncı” hücum pilotsuz uçuş aparatları hava kəşfiyyatı aparıb. Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
Fərid Mehdiyev