Əvvəllər məhkum olunmuş şəxsdə silah aşkarlandı
Dəmiryolu Nəqliyyatında Biləcəri Xətt Polis Şöbəsi əməkdaşları Salyan sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Vahid Əliyevi saxlayıblar. Ondan 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Cənnətova