Əslən gəncəli şahmatçı İngiltərə Açıq çempionatının qalibi olub
Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub. 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib. Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb. Rəqibini məğlub edən həmyerlimiz yekunda çempion olub. Elmira Mirzəyeva Rusiyada anadan olsa da, valideynləri əslən Gəncədəndir.
Vüsalə Cənnətova