Ə.Sağlam: “Şeydayevin gəlişi ilə heyətdəki çatışmazlıqlarımız böyük ölçüdə aradan qaldırılıb”
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubunun heyətində debüt oyununu Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”a qarşı keçirəcək. Baş məşqçi Ərtuğrul Sağlam bildirib ki, 28 yaşlı hücumçu komandaya hazır vəziyyətdə qoşulub: “Şeydayevin gəlişi ilə heyətdəki çatışmazlıqlarımız böyük ölçüdə aradan qaldırılıb. Həm o, həm də digər transferlərimiz oynamağa hazırdırlar”. Sitatın sonu.
Fərid Mehdiyev