Əməliyyatdan sonra dünyasını dəyişən qadının ölüm səbəbi araşdırılır
Gəncədə 1993-cü il təvəllüdlü, 30 həftəlik hamilə Günel Həsənova martın 27-də Perinatal Mərkəzə yerləşdirilib. Pasiyent qeysərriyyə əməliyyatı olunub və qız uşağı dünyaya gətirib. Daha sonra zahı qadın Abbas Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq bu gün kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınıb. Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə nəticəsində aydınlaşacaq.
Körpənin müalicəsi isə Perinatal Mərkəzdə davam etdirilir. Vəziyyəti stabildir.
Fərid Mehdiyev