"Əməkdaşlığın davam etdirilməsi üçün birgə səylər göstərəcəyik"
Prezident İlham Əliyev Qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb. "Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, ikitərəfli qaydada, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - deyə dövlət başçısı qeyd edib.