Əlverişsiz hava şəraiti ilə bağlı sürücülər xəbərdar edilib
Yanvarın 8-dən başlayaraq 12-dək respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı gözlənilir. Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülərə müraciət edilərək, ehtiyatlı olmaq, meteoroloji şəraitə uyğun sürət həddi seçmək, zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməmək tövsiyyə edilib.