Əliyar Ağayev yenidən Yunanıstan kubokunun oyununu idarə edəcək
FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan kubokunun oyununa təyinat alıb. Onun rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində martın 1-də keçiriləcək “Olimpiakos” – AEK oyununu idarə edəcək. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.
Vəfa Şairova