Şərqi Zəngəzurda yol infrastrukturunun yenidən qurulması davam etdirilir
Şərqi Zəngəzur iqtisadi rayonunda yol infrastrukturunun yenidən qurulması davam etdirilir. Bunu Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Bu çərçivədə həyata keçirilən layihələrdən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşasıdır. Ümumi uzunluğu 82 kilometr olan bu yol başlanğıcını Toğanalı kəndindən götürməklə, Kəlbəcər rayonunun İstisu qəsəbəsinə qədər davam edəcək. Yol boyu 5 tunelin tikintisi nəzərdə tutulub.
Vüsalə Cənnətova