Şəmkirdə kişi həyat yoldaşını bıçaqlayıb
Şəmkirdə 18 yaşlı Laləzar Əhmədova mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 25 yaşlı Yusif Məhərrəmov saxlanılıb. Zərərçəkən Şəmkirdə yerləşən marketlərin birində çalışır. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev