Şəmkirdə istixanada yanğın olub
Şəmkir rayonunun Xuluf kəndində istixana ərazisində yanğın qeydə alınıb. Yanğın nəticəsində istixananın ərazisində ümumi sahəsi 52 kvadratmetr olan qazanxanın taxta atmaları, 1 ton yağ çəlləyi və ona bitişik olan 160 kvadratmetr talvar yanıb. Əraziyə yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürlüb. İstixana isə yanğından mühafizə olunub. Hadisənin səbəbləri araşdırılır.
Fərid Mehdiyev