Şəmkirdə evlərdən oğurluq edən şəxslər saxlanılıblar
Şəmkirin Qədim Qala kəndindəki evdən 50 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə sakini Babək Sadıqov saxlanılıb. Onun Fərid Torçiyevlə birgə daha bir evdən 12 min manat, digər evdən143 manat pul, 500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin Xəlil Qarayev və Eltəkin Zeynalovla birgə daha bir evdən 136 ədəd özəlləşdirmə çeki, digər evdən 30 manat pul oğurlaması da müəyyən olunub. Fərid Torçiyev, Xəlil Qarayev və Eltəkin Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.