Şəmkirdə ağır qəzada 1 nəfər ölüb
Şəmkirdə minik avtomobilinin traktorla toqquşması nəticəsində 1 nəfər ölüb. Dünyasını dəyişən "VAZ 2106"nın sürücüsü Səxavət Alıyevdir. Hadisə rayonun Qaracəmirli kənd yolunda baş verib.
Şərurun Yuxarı Aralıq kəndində isə iki minik maşınının toqquşması zamanı 2007-ci il təvəllüdlü Nihat Hüseynov ölüb. 2 sərnişin isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. Bakıda isə yük avtomobilinin yol kənarına çırpılması nəticəsində sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər 1955-ci il təvəllüdlü Fikrət Zülfiqarovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Fərid Mehdiyev