Şəmkirdə avtomobildə qumbara partladı, 2 nəfər xəsarət aldı
Şəmkirdə iki nəfərin xəsarət alması ilə baş vermiş partlayışın təfərrüatları məlum olub. Partlayış valyuta dəyişmə məntəqəsinin yaxınlığında olan "VAZ-21011" markalı avtomobilin içərisində baş verib. Qumbaranın avtomobilin içərisinə atıldığı və ya onun içərisində olduğu isə araşdırılır. Hadisə nəticəsində 2 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma davam etdirilir.