Şəmkirdə atmosferi çirkləndirən sürücülər cərimələnib
Şəmkirdə “Təmiz hava” aylığı ilə əlaqədar profilaktiki tədbirlər həyata keçirilir. Avtomobillərinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə atmosferi çirkləndirən sürücülər məsuliyyətə cəlb edilib. Polis əməkdaşları qayda pozuntusuna yol verən 23 sürücünü cərimələyib.
Vüsalə Cənnətova