Şəmkir şəhəri və bir neçə kəndinin qaz təchizatı 2 günlük dayandırılır
Bu gündən mayın 23-nə qədər Şəmkir şəhərində və bir neçə kəndində qaz olmayacaq.
Bu, bəzi texniki səbəblərlə bağlıdır. Şəmkir şəhəri, Dəllər qəsəbəsi, Dəllər Cəyir, Dəllər Daşbulaq və Dəllər Cırdaxan kəndlərində qaz təchizatında fasilə yaranacaq.
Azad Mustafayev