Şəmkir və Ələtdə yol qəzaları olub, ölən var
Şəmkirin Əliyaqublu kəndində yol-nəqliyyat qəzası baş verib. “HYUNDAI” idarəetməni itirərək yol kənarında dayanan “ZİL”ə çırpılıb. Nəticədə “HYUNDAI”ın sürücü deformasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər tərəfindən müxtəlif bədən xəsarətləri alan 1985-ci il təvəllüdlü Anar Sərdarov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Qəza zamanı Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Həsənov ölüb. Təhqiqat aparılır.
Bakı-Qazax yolunun 71-ci kilometrində, Ələt ərazisində də yol-nəqliyyat hadisəsi baş verib. 7 avtomobilin iştirakı ilə baş verən qəzada avtomobillərə ziyan dəyib. Hadisəyə "Mercedes"in körpü üzərində maneəyə dəyməsi səbəb olub.
Fərid Mehdiyev