Şəmkir və Yevlaxda ölümlə nəticələnən yol qəzaları olub
Şəmkir şəhərində 2 avtomobilin toqquşması nəticəsində rayon sakini, 1993-cü il təvəllüdlü Qasımov Bayram Valeh oğlu dünyasını dəyişib. Yevlaxda isə Yavər Həsənovun idarə etdiyi "VAZ-21061" markalı avtomobil ağaca çırpılıb. Nəticədə sürücünün avtomobildə olan 5 yaşlı övladı aldığı xəsarətlərdən Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Vüsalə Cənnətova