Şəmkir və Yevlaxda qəzalar olub, ölən və xəsarət alanlar var
Şəmkirin Şiştəpə kəndində iki avtomobil toqquşub. Nəticədə 1971-ci il təvəllüdlü Nağıyeva Təranə Bədir qızı vəfat edib, 2005-ci il təvəllüdlü Nağıyeva Nəzrin Vüqar qızı, 1975-ci il təvəllüdlü Nağıyeva Nəsibə Vaqif qızı, 1989-cu il təvllüdlü Rəfiyev Mayis və 3 nəfər Əfqanıstan vətəndaşı xəsarət alıblar.
Yevlaxda isə “Opel” digər nəqliyyat vasitəsilə toqquşub. Rayon sakinləri, 1998-ci il təvəllüdlü Məhəmməd Heydərov, 1990-cı il təvəllüdlü Amil Bayramov və 2000-ci il təvəllüdlü Hüseyn İbrahimli xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Nərgiz Camalzadə