Şəmkir və Saatlıda ölümlə nəticələnən yol qəzaları olub
Şəmkirin Sabirkənd ərazisində ölümlə nəticələnən yol qəzası olub. Seyhun Hüseynov idarə etdiyi avtomobillə yolu keçən İlham Hüseynovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Saatlının Əlisoltanlı kəndində də yolu keçən kənd sakini, 1964-cü il təvəllüdlü Səxavət Əzizovu avtomobil vuraraq öldürüb.
Bakıda isə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xəstəxanaya yerləşdirilən 16 yaşlı yeniyetmənin sol ayağı sınıb. Araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı