Şəmkir və Lənkəranda bıçaqlanma hadisələri olub
Şəmkirdə həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Çaparlı kənd sakini 2000-ci il təvəllüdlü Fərrux Məmmədov 1993-cü il təvəllüdlü K.Zamanova xəsarət yetirməkdə şübhəli bilinir. Yaralı xəstəxanaya yerləşdirilib.
Lənkəranda qohumunu bıçaqlamaqda şübhəli bilinən Kərgəlan kənd sakini saxlanılıb. Yeznə- qayının mübahisəsi qanla bitib. Xəstəxanaya yerləşdirilən 1986-cı il təvəllüdlü Rahim İbadovun vəziyyəti ağır qiymətləndirilir.
Hər iki fakt araşdırılır.
Fərid Mehdiyev