Şəmkir və İmişli sakinlərindən silah götürülüb
Şəmkirdə avtomat və onun komplekt hissələrini 2000 manata satmaq istəyən, rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Aslanov saxlanılıb. Şübhəli şəxsdən atəşə yararlı “Kalaşnikov” avtomatı, həmin avtomata məxsus daraq və 16 ədəd 7.62 mm-lik patron aşkar edilib. Onun üzərindən “heroin” də götürülüb.
Bakının Nəsimi rayonunda da əvvəllər məhkum olunmuş İmişli sakini Qasıməli Qasımovdan “Kalaşnikov”, 3 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib.
Nərgiz Camalzadə