Şəmkir sakini naməlum şəraitdə dünyasını dəyişib
Şəmkirin Şiştəpə kənd sakini, 1985-ci il təvəllüdlü Şahin Məmmədov səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq 37 yaşlı kişi xəstəxanada ölüb. Məlumata görə o, ağır dərəcəli sərxoş olub və ehtimala görə ürək çatışmazlığından dünyasını dəyişib.