Şəkidə sanitariya normalarının pozulduğu şirniyyat sexinin fəaliyyəti dayandırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəkidə fəaliyyət göstərən şirniyyat sexində yoxlama aparıblar. Sexdə texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib. Sirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Azad Mustafayev