Şəkidə qəza olub, iki azlayşlı ölüb
Şəkidə Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədov idarə etdiyi "VAZ" ilə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dərəyə aşıb. Müxtəlif dərəcəli xəsarətlər alan sürücü və daha 5 sərnişini Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Maşında olan 2 azyaşlı - 2016-cı il təvəllüdlü Elşad Mikayıl oğlu Həşimov və 2013-cü il təvəllüdlü Çiçək Cəmil qızı Əhmədova isə hadisə yerində ölüb.