Şəkidə məktəb binası yanıb
Şəkidə ikimərtəbəli məktəb binasında yanğın olub. Yanğın söndürülüb, binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Azad Mustafayev