Şəkinin Cəfərabad kəndində ölümlə nəticələnən avtoqəza olub. Əliəskər İbrahimovun idarə etdiyi "VAZ 2107"nin yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində sürücü ölüb. Sərnişin Mehriban İbrahimova xəstəxanaya çatdırılıb.
Horadiz-Bəhrəmtəpə yolunda Məcid Ağayevin sürdüyü avtomobil aşıb. Nəticədə sürücü və sərnişin - Nəsimi Əhilov dünyasını dəyişib.
Beyləqanda 2 minik maşınının toqquşması nəticəsində sürücülərdən biri Nizami Hüseynov və sərnişini Sabirə Məmmədova ölüb. Daha 5 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı cinayət işi başlanıb.
Fərid Mehdiyev