Şəkidə 7-ci əsrə aid pulların satışının qarşısı alınıb
Şəkidə qədim tarixə malik gümüş sikkələri satmaqda şübhəli bilinən rayon sakini saxlanılıb. Bəhram Abdurahmanovdan 73 ədəd sikkələrin VII əsrə aid olduğu və Azərbaycanın milli mədəni irs siyahısına aidliyi müəyyən edilib. Predmetlər saxlanılması üçün Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev