Şəki sakinində silah-sursat aşkarlandı
Şəkidə 1975-ci il təvəllüdlü Məmmədov Namiq saxlanılıb. Ondan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb. Saxlanılan şəxs silahı bir müddət əvvəl satmaq niyyəti ilə əldə etdiyini bildirib. O, həbs edilib, barəsində cinayət işi başlanılıb.
Azad Mustafayev