Şuşadakı etiraz aksiyası on üç gündür davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on üç gündür davam edir. Hazırda havanın şaxtalı olmasına baxmayaraq, etirazçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən plakatlar qaldırıb, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Stop ekoterror!” və s. kimi şüarları səsləndirirlər. Həmçinin Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə məxsus avtomobillər növbəti dəfə maneəsiz şəkildə hərəkət ediblər