Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib
Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib. Təşkilata üzv və müşahidəçi ölkələrlə ikitərəfli əməkdaşlıqların inkişafı istiqamətində hədəflərə toxunulub. Tədbirdən sonra Elm və təhsil naziri Emin Əmrullayev 2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılmasının planlaşdırıldığını da açıqlayıb. Burada əsasən incəsənət və mədəniyyət ixtisaslarının tədrisi nəzərdə tutulub.
Vüsalə Cənnətova