Şuşada beynəlxalq şahmat turniri keçirilir
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start verilib. Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunub. Doqquz ölkədən qatılan şahmatçılar rapid və blits üzrə yarışırlar. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək. Ümumi mükafat fondu 150 min manat təşkil edən turnirə sentyabrın 24-də yekun vurulacaq.

