Şuşa və Ərzurum arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, təcrübə və məlumat mübadiləsi, müxtəlif sahələrdə əməkdaşlıq nəzərdə tutulub.