Şirvanda silsilə oğurluqlar törədən şəxs saxlanılıb
Kür çayının Şirvandan keçən hissəsində quraşdırılmış 2 ədəd su nasosunun hissələri, Şirvanda yerləşən mehmanxanaların birindən 4 ədəd alüminium qapı və plastik borular, 2 evdən ümumilikdə 3 qapı və plastik pəncərə, eləcə də bir mağazadan tütün məmulatları oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Nəcəfov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.