Şirvanda silah-sursat tapılıb
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 23 ədəd patron aşkarlanaraq götürülüb.
Fərid Mehdiyev