Şirvanda dələduzluq edən şəhər sakini həbs edilib
Şirvan şəhər sakini Elşad İsmayılov saxlanılıb. Onun vətəndaşların etibarından istifadə edərək, xarici dövlətlərin birində işləmək üçün müvafiq sənədlər almaları üçün yalan vədlər verərək 12 min manat pulu dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub. Faktla bağlı cinayət işi açılıb və adıçəkilən şəxs həbs edilib. Polis Elşad İsmayılovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Fərid Mehdiyev