Şirvanda doğuş zamanı ölümə görə həkimə cinayət işi açılıb
Sabirabad sakini Elnurə Binyətovanın “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb. Həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş uşaq ölüb. Faktla bağlı cinayət işi başlanıb. Fərqanə Qədirova təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.