Şirvan və Gədəbəydə oğurluq edənlər polisdən qaça bilməyib
Şirvanda gecə saatlarında üç fərdi yaşayış evindən pul və qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sabirabad sakini Elmar Həsənov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Gədəbəydə isə 3 vətəndaşa məxsus 13 baş ümumi dəyəri 11 min manat olan iribuynuzlu heyvanı oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən Tovuz sakini Vaqif Qasımov yaxalanıb.